Multi Mat Polka Dot ev və çöl playmatdır.Dizaynında çoxsaylı rəngarən dairələrdən istifadə edilmişdir. Bu dairələr isə ümumilikdə ağ fonda təsvir edilmişdir. Evdən kənarda da, təbiətdə də rahatlıqla istifadə edilə bilər. Dizaynı müasir stildə olsa da sadəlik və rahatlıq hisslərini asanlıqla aşılayır. Dizaynda ağ və boz rəngin çalarlarından istifadə edilmişdir.
Multi Mat Polka Dot ev və çöl üçün oyun matı xüsusiyyətlərini özündə cəm etmiş bir məhsuldur. Multi Mat Polka Dot playmatının yumşaqlığı onun üzərində bütün hərəkətləri rahat edə bilmək imkanı verir. Playmatın rahat və yumşaq hissələri onların üzərində gimnastik hərəkətləri belə rahatlıqla etməyə imkan verir. Bunun hesabına da körpələrin inkişaf etməkdə olan əzələləri düzgün formalaşacaqdır.
Bu playmat olduqca təhlükəsizdir. Playmatın istehsalında xüsusi maddələrdən istifadə edilmişdir ki, təmasda olarkən övladlarınıza heç bir zərərli təsiri olmasın. Bakteriyaların playmatın üzərində qala bilməsinə də heç bir şans yoxdur. Əminliklə deyə bilərik ki, bu playmatda bakteriyaların zərərli təsiri sıfıra endirilmişdir.