Biz kimik

"Babyiz" MMC dünyaca tanınmış 3 playmat brendinin (Dwinguler, Baby Care və Cooc brendlərinin) Azərbaycan Respublikasında yegan rəsmi nümayəndəsidir. Bu plastik döşəmə örtükləri və oyun xalıları istər evlərdə və mənzillərdə, istər evin mətbəx və eyvan kimi xüsusi hissələrində, istərsə də evdən kənarda-həyətdə və ya təbiət qoynunda ideal tətbiqə malik olub, yer örtüyünü əvəz edəcək unikal playmatlardır. Playmatlar isə rezin və digər plastik materialdan hazırlanmış üzərində hərəkət etmək asan olan xüsusi döşəmə örtüyüdür. Dwinguler, Baby Care və Cooc brendlərinə aid bütün məhsullar xüsusi dizaynları, möhkəmlik və elastikliyi ilə fərqlənirlər. Səs keçirtməməsi, nəmə qarşı davamlılığı bu məhsulların uzunmüddətli istehlakını təmin edir.

"Babyiz" MMC olaraq yenicə fəaliyyətə başlamağımıza baxmayaraq artıq kifayət qədər müştəri nüfuzu qazanmışıq və bu nüfuz şirkətimizə qürur hissi bəxş edir. Satdığımız məhsulların böyük əksəriyyəti körpələrə aid olduğu üçün işimizə xüsusi həssaslıqla yanaşırıq. Bu səbəbdən də istər məhsulların satışı, istər məhsulların ünvana çatdırılması, istərsə də satışdan sonra müştərilərimizə əlaqələr, bir sözlə bütün proseslər daima ciddi nəzarət altındadır. Məqsədimiz körpələrin əyləncəsini öyrədici etməkdir. Məqsədimiz insanlarımızı keyfiyyətli məhsullarla təmin etməkdir. Odur ki, bütün məhsullarımız həm yerli, həm də beynəlxalq standartların tələblərinə cavab verir.